30 min insanın ölümünə səbəb olmuş şəxs saxlanıldı

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında Filippinin keçmiş prezidenti Rodriqo Duterte (2016-2022) saxlanılıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Filippin Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

İttihama əsasən, Rodriqo Dutertenin prezident olduğu dövrdə narkotik maddələrdən istifadə və ya satışa görə 30 minə yaxın şəxs heç bir məhkəmə qərarı olmadan hüquq-mühafizə orqanlarının əməliyyatları zamanı öldürülüb.

Qeyd olunur ki, insanlığa qarşı cinayət törətməkdə ittiham edilən prezident Rodriqo Duterte hazırda həbsxanaya yerləşdirilib, araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31