Taker Karlson: ABŞ-nin siyasəti Ukraynanı məhv etdi– ÖZƏL
11 Mart 10:19 DünyaABŞ-nin Rusiya ilə müharibə aparmaq istəyi Ukraynanın məhvinə səbəb olub. Olaylar.az xəbər verir ki, bu fikri amerikalı jurnalist Taker Karlson televiziya aparıcısı Kris Kuomoya müsahibəsində bildirib.
O, ABŞ xarici siyasətinin münaqişəyə yönəlməsini tənqid edərək, bunun ölkənin maraqlarına uyğun olmadığını vurğulayıb. Karlson Ukraynanın məhv edilməsini faciə adlandırıb və bu ölkənin suveren olmadığını qeyd edib.
Jurnalist iddia edib ki, 2014-cü il hadisələri nəticəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kiyevdə Vaşinqtona tabe olan hökumət formalaşdırıb. O, həmçinin keçmiş Britaniya baş naziri Boris Consonun Ukraynaya gedərək ABŞ administrasiyasının sülh danışıqlarına icazə vermədiyini bəyan etdiyini bildirib.
Bundan əvvəl Donald Tramp da Ukraynanın məhv ola biləcəyini söyləmişdi. Helsinki Universitetinin professoru Tuomas Malinen isə ehtimal edir ki, ABŞ rəhbərliyi Zelenskini sülh üçün uyğun lider hesab etmədiyindən Ukraynada müvəqqəti hökumət qurula bilər.