Sosioloji Tədiqatlar Mərkəzi “exit-poll”un nəticələrini açıqlayıb
7 Fevral 2024 20:46 Siyasət"Sosioloji Tədiqatlar Mərkəzi" MMC 7 fevral prezident seçkilərində kerçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb. Olaylar.az xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən Mərkəzin direktoru Natalya İsayeva bildirib ki, "exit-poll" təsadüfi üsulla seçilmiş 25 dairədə, 125 seçki məntəqəsində keçirilib: "Ümumilikdə, "exit-poll"a 5016 nəfər seçici cəlb edilib. Onların 24 faizi Bakı şəhəri, 7,9 faizi böyük şəhərləri (Gəncə və Sumqayıt), 23,8 faizi kiçik şəhər və qəsəbələri, 44,3 faizi isə kənd sakinləri olub: "Exit-poll"da iştirak edənlərin 51,2 faizini qadınlar, 48,8 faizini kişilər təşkil edib. Respondentlərin 35,6 faizi 18-35 yaş arası, 38,9 faizi 36-55 yaş arası, 23,5 faizi isə 55 yaşdan yuxarı idi".
N.İsayevanın sözlərinə görə, "exit-poll"un nəticələri göstərir ki, seçicilərin böyük əksəriyyəti hazırki ölkə rəhbərinə səs verib. "Exit-poll"da sorğulanan seçicilərin səs verdiyi namizədlər üzrə paylanması isə belədir:
Fuad Əliyev 0,4 faiz (+ - 0,3 faiz)
İlham Əliyev 92,4 faiz (+ - 1,1 faiz)
Qüdrət Həsənquliyev 1,6 faiz ( + - 0,5)
Elşad Musayev 0,8 faiz (+ - 0,4)
Fazil Mustafa 2 faiz (+ - 0,6)
Razi Nurullayev 0,6 faiz (+ - 0,3)
Zahid Oruc 2,2 faiz (+ - 0,6).