Ceyhun Bayramov Mərakeşə rəsmi səfərə gedib
12 Noyabr 2023 23:39 Siyasət12 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının, Mərakeş xarici işlər naziri ilə ikitərəfli və geniştərkibli görüşlərin, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31