Rusiyalı məşhur general Suriyaya SÜRGÜN EDİLDİ

Rusiyanın 58-ci ordusunun komandiri vəzifəsindən uzaqlaşdırılan rus generalı İvan Popov Suriyadakı rus qruplaşmasına sürgünə göndərilib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "İnsayder" məlumat yayıb.

"Bundan əvvəl Hava-Desant Qüvvələrinin keçmiş komandanı, 2022-ci ilin fevral-mart aylarında Kiyevə hücumdakı uğursuzluğa görə məsuliyyət daşıyan Andrey Serdyukov da Suriyaya göndərilib. Həmçinin 7-ci Hava Hücum Diviziyasının komandiri, general-mayor Aleksandr Kornevin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb. 90-cı Tank Diviziyasının komandiri Ramil İbatullin və onun müavinlərinin saxlanıldığı da bildirilir", - məlumatda deyilir.

Qeyd edək ki, bir müddət əvvəl İvan Popovun ordudakı problemləri Rusiya lideri Putinə məruzə etməyə hazırlaşdığı üçün Baş Qərargah rəisi Gerasimov tərəfindən vəzifəsindən çıxarıldığı bildirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31