Rusiya müştərilərə taxıl tədarükü üzrə öhdəliklərini yerinə yetirəcək - ÖZƏL

"Moskva müştərilərə taxıl tədarükü üzrə öhdəliklərini yerinə yetirəcək".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski taxıl ixracı sövdələşməsinə xitam verilməsi ilə bağlı Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Biz öz tərəfimizdən müştərilərə Rusiya taxıl tədarükü ilə bağlı bütün müqavilə öhdəliklərini yerinə yetirməyə və bütün maneələrə baxmayaraq inkişaf etməkdə olan ölkələrdə ehtiyacı olanlara yardım göstərməyə davam etməyə sadiqik" - o, qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31