Erməni keşiş İslamı qəbul etdi, Həccə getdi
18 İyul 2023 10:50 DünyaErməni din xadimi Razmik Kastoryan İslam dinini qəbul edib.
Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunur ki, o adını dəyişərək özünü "Ramazan" adlandırıb.
Həcc ziyarətinə gedən Kastoryan Kəbədə Allaha şəhadət gətirib.
Dinini dəyişməsi haqqında danışan Kastoryan deyib:
"İslam mənə vahid Allaha inanmaq azadlığı verdi. Din şəxsi məsələdir. Çox xoşbəxtəm ki, öz yolumu İslamda tapdım".
Kastoryanın bu addımı birmənalı qarşılanmayıb.
Bəziləri onu seçimini təqdir edib və bunu dini azadlığın nümunəsi kimi qiyətləndirib.
Digərləri isə öz inancından imtina etdiyi üçün onu tənqid edib.
Kastoryan bildirib ki, o hamının fikrinə hörmətələ yanaşır və ümid edir ki, onun qərarı dinlər arasında konstruktiv dialoqa töhfə olacaq.