Hakan Fidan BMT Baş katibi ilə telefonla danışıb
17 İyul 2023 23:21 DünyaTürkiyə Xarici İşlər naziri Hakan Fidan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı İstanbul Taxıl razılaşmasına aid məsələlər müzakirə edilib.
Məlumat üçün qeyd edək ki, BMT Ukrayna və Rusiyadan gələn qida və gübrənin dünya bazarına maneəsiz çıxışını asanlaşdırmağa çalışacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31