Batya Rusiya ilə hərbi sazişi ratifikasiya etdi

Belarus Rusiya ilə hərbi qulluqçuların birgə hazırlığı üçün döyüş hazırlığı mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişi ratifikasiya edib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq qanunu Belarus lideri Aleksandr Lukaşenko imzalayıb.

Müqavilə Belarus və Rusiyada hərbi hissələrin bazasında döyüş hazırlığı mərkəzlərinin yaradılması və fəaliyyəti məsələlərini tənzimləyir. Bu mərkəzlərin hərtərəfli təminatının təşkilində onların əsas vəzifələrini və müdafiə nazirlikləri arasında qarşılıqlı fəaliyyət qaydasını müəyyən edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31