Çanaqqalada baş verən yanğına qarşı mübarizə aparılır
17 İyul 2023 21:02 DünyaTürkiyənin Çanaqqala bölgəsində dünən axşam saatlarından başlayan meşə yanğını davam edir.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı hadisə yerinə gedib.
Məlumata əsasən Qızılkeçili və Ayvacık Tabaklar bölgələrində yanğına qarşı yerdən və havadan müdaxilələr aparılır. Yanğının söndürülməsinə havadan 17 helikopter və 8 təyyarə, 112 su çiləyici, 14 tikinti maşını, eyni zamanda çoxlu sayda canlı qüvvə cəlb olunub.
Yanğının başvermə səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31