Krım partlayışı: Putin təcili müşavirə keçirir
17 İyul 2023 14:56 DünyaRusiya Prezidenti Vladimir Putin Krım körpüsündə törədilən terror aktına görə müşavirə keçirəcək.
Axar.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
"İclas saat 19:00 radələrində videokonfrans vasitəsilə keçiriləcək. Terror aktının nəticələrinin aradan qaldırılmasına məsul təyin edilmiş Rusiya Baş nazirinin müavini Marat Xusnullin hadisə yerindən dövlət başçısına vəziyyət barədə məruzə edəcək", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31