İki vəkil saxlanıldı- ÖZƏL
17 İyul 2023 14:19 DünyaKrasnoyarsk polisi şəhərin mərkəzində "Rosprirodnadzor"un keçmiş rəhbərinin müavini Oleq Mitvoldan 100 milyon rubl tələb edən iki vəkili saxlayıb, Olaylar.az xəbər verir ki, vəkillər bunun müqabilində məhkəmə və prokurorluğun loyal münasibətini vəd edib. Həmin şəxslər məbləğin bir hissəsini köçürərkən cinayət başında yaxalanıblar. Onlara qarşı dələduzluğa cəhd faktı üzrə cinayət işi başlanıb. Oleq Mitvol 2022-ci il iyunun 10-da Moskvanın Vnukovo hava limanında FSB tərəfindən saxlanılıb. O, ona bağlı olan layihə təşkilatının Krasnoyarskda metro tikintisi üçün ayırdığı vəsaiti mənimsəməkdə ittiham olunurdu. Bundan sonra o, dəymiş ziyanı ödəməyə hazır olduğunu bəyan edib və istintaqla məhkəməyədək razılıq əldə edib. May ayında FSB iş üzrə araşdırmasını başa çatdırıb.