Təbrizdə SEPAH üzvü döyülərək öldürüldü

Təbrizdə SEPAH-ın nəzarətində olan yarım-hərbi "Bəsic" qüvvələrinin üzvü Əmir Hüseynpur öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın Şərqi Azərbaycanda yerləşən "Aşura" briqadası məlumat yayıb.

Məlumatda Hüseynpurun dörd gün öncə xidməti vəzifəsini yerinə yetirərkən yerli sakinlərdən biri tərəfindən döyüldüyü və xəstəxanaya köçürüldükdən sonra iyulun 16-ı axşam saatlarında öldüyü bildirilib.

Hücumçunun kimliyi və həbs edilib-edilmədiyi barədə hər hansı açıqlama verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31