Balasanyanın həbsi ilə bağlı qalmaqal davam edir

Qarabağdakı separatçı-terrorçu dəstənin "təhlükəsizlik şurasının" keçmiş katibi, əli mülki azərbaycanlıların qanına batan Vitali Balasanyanın həbsi ilə bağlı vəsatət "məhkəməyə" verilib.

Axar.az xəbər verir ki, bunu onun vəkili Rafael Martirosyan deyib.

O bildirib ki, müraciətə saat 11:30-da separatçıların "ümumi yurisdiksiyasının birinci instansiya məhkəməsində" baxılacaq.

Qeyd edək ki, Balasanyan evində axtarış aparan "təhlükəsizlik əməkdaşlarına" qarşı zorakılıq tətbiq etməklə hədələməkdə ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31