Zelenski Litvanın birinci ledisini öpdü, öz xanımı əsəbiləşdi - VİDEO

Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı ərini Litvanın birinci xanımına qısqanıb.

Olaylar.az lent.az-a istinadən bildirir ki, xarici sosial şəbəkələrdə prezidentlər və onların xanımlarının görüş anı sürətlə yayılıb. Hər kəs Yelena Zelenskayanın ərini qısqanclıqla süzməsindən bəhs edir.

Məlum olub ki, prezident Zelenski Litvanın birinci xanımı Diana Nepayte ilə ənənəvi qaydada əl tutub görüşməyib, onu yanağından öpüb. Buna cavab olaraq Zelenskinin xanımı da Litva prezidenti ilə öpüşərək görüşüb.

O sonra öz ərinin ona uzanmış əlini tutmaqdan imtina edib.

Bu kuryoz hadisə dünya mətbuatının gözündən yayınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31