"Bu cəhd Vaşinqtona baha başa gələcək"
14 İyul 2023 20:50 DünyaABŞ-ın Şimali Koreya ilə qarşıdurma siyasətinin perspektivi yoxdur, KXDR-yə toxunmaq cəhdi Vaşinqtona baha başa gələcək.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu KXDR liderinin bacısı Kim Yo Conq deyib.
"ABŞ ehtiyatsız qarşıdurmadan və təxribatdan əl çəkənə qədər vəziyyət getdikcə ABŞ üçün əlverişsiz olan istiqamətdə inkişaf edəcək. ABŞ-ı xoşagəlməz şeylər gözləyir. KXDR ABŞ-ı düşmənçilik siyasətindən əl çəkənə qədər çəkindirməyə davam edəcək", - Kim Yo Conq bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31