Ermənistan bizə xəyanət edir - İranlı ekspert
14 İyul 2023 20:36 DünyaErmənistan Təhlükəsizlik Şurası katibinin ABŞ səfəri hazırkı vəziyyətdə İrəvanın xeyrinə deyil.
Olaylar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu iranlı ekspert Ehsan Movahedian deyib.
"Ermənistan Təhlükəsizlik Şurasının katibi 10 gündür ABŞ-dadır. Orada bir neçə rəsmi şəxslə də görüşüb. ABŞ-ın Qarabağın Azərbaycana verilməsi, Zəngəzur dəhlizinin açılması, Rusiya və İranın Cənubi Qafqazdan sıxışdırılmasına çalışdığı bir vaxtda bu səfər heç də dostluq məqsədi daşımır. Bu, Ermənistan üçün təhlükəlidir", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31