Şagirdlərini zəhərləyən müəllim EDAM EDİLDİ
14 İyul 2023 19:35 DünyaÇinin Henan əyalətində xalq məhkəməsinin qərarı ilə işlədiyi məktəbdəki şagirdlərin yeməyinə kimyəvi maddə qataraq bir nəfərin ölümünə səbəb olan, 25 nəfəri zəhərləyən Vanq Yun edam edilib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Yun başqa bir müəllimlə yaşadığı problem səbəbindən bunu törətdiyini iddia edib. Belə ki, 40 yaşlı Van 2019-cu il martın 27-də Sun soyadlı həmkarı ilə "şagirdlərin idarə edilməsi" məsələsi ətrafında mübahisə edib. Bundan sonra o, uşaqların sıyığına zəhərli natrium nitrit qatıb. Nəticədə uşaqlardan biri orqan çatışmazlığı səbəbindən həyatını itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31