"Putinin səfərini gözləyirəm"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz taxıl sazişinin uzadılacağına ümid bəsləyir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan təşəbbüsün uzadılmasına dair məsəldə Türkiyə və Rusiyanın ümumi mövqelərə riayət etdiyini xatırladıb.

O, həmçinin Rusiya lideri Vladimir Putinin avqust ayında Ankaraya səfər edəcəyini gözlədiyini bildirib.

Qeyd edək ki, sənədin qüvvədə olma müddəti bir neçə gündən sonra, iyulun 17-də başa çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31