Uzunluğu altı metrə çatan pitonu belə ələ keçirdilər - VİDEO

Uzunluğu altı metrə yaxın olan nəhəng piton çaydan çıxarılaraq, torbaya salınır.

Kadrlar ABŞ-nin Florida ştatında çəkilib.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, nəhəng Birma pitonu uzun müddət yerli sakinlər arasında qorxu yaradıb. Ancaq onu tapmaq mümkün olmayıb.

Nəhayət, pitonu yol kənarında görən Florida sakini hökumətə xəbər verib. Hadisə yerinə dərhal ilan ovçuları göndərilib.

Rəsmilərin sözlərinə görə, pitonun uzunluğu beş metr 79 santimetr olub.
İlanın ovlanması anları kameralarla qeydə alınıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31