ABŞ-da son altı ayda 28 hücumda 140 nəfər ölüb- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-da ilin əvvəlindən bu yana çoxsaylı ölümlə nəticələnən 28 hücumda ümumilikdə 140 nəfər həyatını itirib. 

Associated Press (AP) və USA Today-in Şimal-Şərq Universiteti ilə birgə apardığı araşdırmanın məlumatlarına görə, yanvarın 1-dən iyunun 30-dək ABŞ-da biri istisna olmaqla, 28 atışma olub.

Sözügedən dövrdə hücumlarda 140 adam həyatını itirdiyi halda, bu dövr 2006-cı ildən bu yana ilk altı ayda ən çox hücumun qeydə alındığı dövr olub. Mütəxəssislər hesab edirlər ki, ABŞ-da artan hücumların əsas səbəbi ölkədə silahlanmanın artmasıdır. ABŞ prezidenti Co Bayden martın 27-də Tennessi ştatında ibtidai məktəbdə 3-ü uşaq olmaqla 6 nəfərin ölümünə səbəb olan atışmadan sonra verdiyi açıqlamada silahlanma qaydalarında islahatlara çağırıb.İslahat, yarı avtomatik tüfənglər kimi hücum silahlarına qadağa və silah satışı ilə bağlı hərtərəfli cinayət rekordunu yoxlamaqdan ibarətdir.

Ölkədə 4 İyul Müstəqillik Günü qeyd etmələri həftəsində müxtəlif ştatlarda baş verən silahlı hücumlarda ümumilikdə 15 nəfər həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31