İstidə rekord… 10 şəhər üçün qırmızı xəbərdarlıq edilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa və Şimali Afrikanı yandıran isti dalğası bəzi yerlərdə rekord həddə çata bilər. Xüsusilə də İtaliyanın Florensiya və Roma da daxil olmaqla on şəhəri üçün qırmızı həyəcan siqnalı verilib. Türkiyədə mövsüm normalarından 5-10 dərəcə yüksək olacağı gözlənilir.

BBC-nin xəbərinə görə; İspaniya, Fransa, Yunanıstan, Xorvatiya və Türkiyədə temperatur 40 dərəcəni keçə bilər. İtaliyada Florensiya və Roma da daxil olmaqla on şəhər üçün qırmızı təhlükə elan edilib. Burada temperaturun 48,8 dərəcəyə çata biləcəyi təxmin edilir.

Çərşənbə axşamı ölkənin şimalında 40 yaşlarında bir kişi ölüb. İtaliya mətbuatı Lodi şəhərində piyada keçidi üçün asfalt çəkən şəxsin huşunu itirərək aparıldığı xəstəxanada dünyasını dəyişdiyini yazıb.

İtaliyalı siyasətçi Nikola Fratoianni vəziyyəti "Dözülməz isti dalğası ilə üz-üzəyik" mesajı ilə paylaşıb.

Lodidəki ölüm hadisəsinə toxunan Fratoianni qeyd edib ki, ən isti saatlarda baş verə biləcək faciələrin qarşısını almaq üçün hərəkətə keçməyin vaxtı çatıb. Ölkədə turistlərin də istidən huşunu itirdiyi barədə məlumatlar var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31