Rusiya qüvvələri Ukraynanın təchizat yollarını kəsib — ÖZƏL

"Rusiya hərbçiləri Luqansk Xalq Respublikasının (LXR) Svatovo rayonunun Novosyolovskoye kəndi yaxınlığında avtomobil yolunun bir hissəsini atəşə tutaraq, Ukrayna qoşunlarının təchizat yollarını kəsiblər".

Olaylar.az xəbər verir ki, bunu LPR xalq milisinin istefada olan polkovniki Andrey Maroçko bildirib.
"Rusiya qüvvələri müdafiə manevrləri və uğurlu əks-hücumlar zamanı N-26 avtomobil yolunun Çuquyevdən Starobelsk vasitəsilə Melovoye istiqamətində Novosyolovskoye yaşayış məntəqəsi yaxınlığında yerləşən hissəsini atəşə tutublar. Ukrayna silahlıları əvvəllər bu marşrutdan öz qoşunlarını tədarük etmək üçün istifadə ediblər" - deyə, o, vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31