Zelenskinin Litvanın birinci xanımı ilə öpüşməsinə həyat yoldaşıdan SƏRT REAKSİYA – VİDEO
13 İyul 2023 13:56 DünyaUkrayna Prezidenti Volodimir Zelenski və xanımı NATO-nun Vilnüsdə keçirilən sammitində iştirak edib.
Olaylar.az Savash.org-a istinadən xəbər verir ki, sammitə Volodimir Zelenskinin Litvanın birinci xanımı - Diana Nepaite-Nausediene ilə öpüşməsi damğa vurub.
Belə ki, Zelenski Litvanın birinci xanımını qucaqlayıb və yanaqlarından üç dəfə öpüb. Bu anda Yelena Zelenskayanın reaksiyası maraqla qarşılanıb.
Zelenskaya Ukrayna liderinə əvvəlcə təəccüblə baxıb, sonra isə həyat yoldaşının kürəyini sığallayıb. Daha sonra isə Volodimir Zelenskinin əlindən tutmaqdan imtina edib. Bu görüntülər tezliklə sosial şəbəkələrdə yayılıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31