Bağışlamayacam - Şavkat Mirziyoyevdən sərt qərar
13 İyul 2023 12:09 DünyaÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev yenidən dövlət başçısı seçildikdən sonra 17 rayon, şəhər, sənaye şirkətləri və qurumların rəhbərlərini vəzifələrindən azad edib.
Trend xəbər verir ki, Şavkat Mirziyoyev ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi ilə bağlı keçirilən məsləhətləşmələrdə müvafiq qərarı verərkən bildirib ki, işdən çıxarılan rəhbərlər "yatmış xainlər"dir. Özbəkistan dövlət başçısı günahkarı bağışlamağa hazır olduğunu, xaini isə heç vaxt bağışlamadığını sözlərinə əlavə edib.
Ş.Mirziyoyev eyni zamanda Baş Prokurorluğa və Hesablama Palatasına işdən çıxarılan məmurların fəaliyyətinin yoxlanılmasını, qanunvericiliyin təmin olunmasını tapşırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31