"Bir dənə də olsun, hərbi gəmi keçməyib"

Ukrayna münaqişəsi başlayandan bəri Türkiyə Montrö Konvensiyasının müddəalarına əməl edərək, boğazlardan bir dənə də olsun hərbi gəmini buraxmayıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

"Rusiya-Ukrayna müharibəsinin 504-cü günü başa çatdı. Müharibəyə son qoymaq üçün fəal səylər göstəririk. Biz Boğazlar haqqında Montrö Konvensiyanı uğurla həyata keçiririk, hərbi gəmilərin keçidinin qarşısını alırıq", - o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31