Ərdoğan Türkiyənin Aİ-yə daxil olması prosesində NATO sammitinin rolunu qeyd edib
12 İyul 2023 22:55 DünyaNATO-nun Vilnüs sammiti terrorizmlə mübarizə sahəsində mühüm qərarların qəbul edilməsində, eləcə də Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması prosesində böyük rol oynadı.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Telegram" kanalında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan Türkiyəyə qarşı sanksiyaların ləğvi prosesində də sammitin rolunu qeyd edib.
"Biz bundan sonra da hər platformada ölkəmizin maraqlarını, hüquqlarını və qanunlarını səylə qoruyacağıq", - deyə Türkiyə prezidenti əlavə edib.
Qeyd edək ki, Litvanın paytaxtı Vilnüsdə iyulun 11-12-də NATO liderlərinin sammiti keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31