Ruslar Mariupolda evlərə basqın edir - SƏBƏB
12 İyul 2023 22:44 DünyaRus işğalçılar Donetsk vilayətinin Mariupol şəhərində qondarma əks-kəşfiyyat tədbirlərini gücləndiriblər.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının axşam hesabatında bildirilib.
"İşğalçılar yerli sakinlərin evlərinə və mənzillərinə kütləvi basqınlar edir, şəxsi sənədlərini və mobil cihazlarını yoxlayırlar", - məlumatda qeyd olunub.
Baş Qərargah qeyd edib ki, ruslar yerli əhalini qorxutmağa və Ukrayna Müdafiə Qüvvələrinə kömək edənləri müəyyən etməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31