Çin dünyanın ilk metanla işləyən raketini kosmosa buraxdı
12 İyul 2023 20:45 DünyaÇinin "LandSpace" şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən "Zhuque-2" raketi uğurla kosmosa göndərilib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda özəl aerokosmik şirkəti "LandSpace" açıqlama verib.
Qobi səhrasındakı Jiuquan peyk buraxılış mərkəzindən buraxılan "Zhuque-2" yükünü Günəşlə sinxron orbitə uğurla çıxaran ilk metanla işləyən raket oldu.
Yanacaq kimi maye metan, oksidləşdirici kimi maye oksigeni istifadə edən raket aşağı orbit üçün 6 ton, günəşlə sinxron orbit üçün isə 4 ton daşıma qabiliyyətinə malikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31