Almaniya Ukraynaya 700 milyon avroluq yeni dəstək paketi göndərəcək- ÖZƏL

Almaniya Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində Ukrayna silahlı qüvvələrinə yeni 700 milyon avroluq dəstək paketi açıqlayıb. Müdafiə naziri Boris Pistorius açıqlamasında 700 milyon avro dəyərində yeni bir dəstək paketi hazırladıqlarını ifadə edərək, "Çox xoşbəxtəm ki, bu gün Vilnüsdə Rusiyanın hücumuna qarşı Ukraynaya dəstək üçün başqa bir paket yarada bildik. Paketin dəyəri təxminən 700 milyon avrodur. Bununla biz Ukraynanın davamlılığının gücləndirilməsinə mühüm töhfə vermiş oluruq"deyib. 

Almaniya dəstək paketinə 2 Patriot Hava Hücumundan Müdafiə Sistemi akkumulyatoru, 40 Marder zirehli döyüş maşını, 25 Leopard 1 döyüş tankı, 5 xilasetmə tankı, 25.000 mərmi, hərtərəfli kəşfiyyat və pilotsuz uçuş aparatı müdafiə paketi və bir Luna pilotsuz uçuş aparatı daxildir. 

Kansler Olaf Şolzun bu gün NATO Sammitinin başlanğıcında dəstək paketini rəsmən elan edəcəyi gözlənilir. Almaniya indiyədək Ukraynaya təxminən 3 milyard avro dəyərində silah göndərilməsini təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31