Keniyada aclıq kultu səbəbindən cəsədlərin sayı 351-ə yüksəlib- ÖZƏL

Keniya polisi "aclıq kultu" araşdırması çərçivəsində daha 12 nəfərin cəsədini tapıb. Olaylar.az xəbər verir ki, Keniyanın daxili işlər naziri Kithure Kindiki aprel ayından bəri davam edən istintaqda 40 kütləvi məzarın tapıldığını və ölənlərin sayının 351-ə yüksəldiyini açıqlayıb. Dünən kilsənin yerləşdiyi meşədə daha 12 cəsəd tapdıqlarını qeyd edən nazir Kindiki oxşar faciənin ölkədə bir daha yaşanmaması üçün bütün tədbirlərin görüləcəyinə söz verib. Digər tərəfdən, bölgə komissarı Rhoda Onyancha, itkilərin sayının 613 olduğunu açıqlayıb. Müjdə Beynəlxalq Kilsəsi Pastoru Paul Mackenziechr("39")nin kilsəsi xalqa ac qalsanız Hz. İsa ilə görüşəcəksiniz sözü verərək bir çox insanın ölümünə səbəb olduğu iddiası ilə istintaq başladılıb.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31