Məşhur müğənninin konsertində qəza - 2 nəfər xəstəxanaya yerləşdirildi
10 İyul 2023 13:16 DünyaMüğənni Göksel bir müddətdir ki, hazırlaşdığı konsertinə ötən gecə gedib.
Olaylar.az olay-a istinadən bildriir ki, Harbiye Cəmil Topuzlu Açıq Səhnəsində baş tutan və xüsusi dizaynı ilə diqqət çəkən Göksel konsertində arzuolunmaz qəza baş verib.
Ön sırada oturan iki nəfər atəşfəşanlıq nəticəsində yaralanıb.
Biri əlindən, digəri başından yaralanan 2 şəxs təcili yardımla Taksimdəki xəstəxanaya aparılıb. Yaralılananların səhhətlərinin yaxşı olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31