NATO sammitində Ukraynada əlavə islahatlara ehtiyac olduğunu bəyan edəcək - ÖZƏL

"Şimali Atlantika Müqaviləsi Təşkilatı Vilnüs sammitində bəyan edəcək ki, Kiyevin bloka potensial üzvlüyü Ukraynada gələcək islahatlardan asılıdır".

Olaylar.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan deyib.

"Biz hazırda danışarkən, NATO kommünikesi, Ukraynanın NATO-ya üzv olmaq istəyi ilə bağlı dil üzərində iş aparılır. Düşünürəm ki, biz Vilnüsə gedərkən müttəfiqlərin bu barədə konsensusa gəldiyini görəcəyik" - ABŞ rəsmisi, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31