Şok iddia: Baydenin xüsusi nümayəndəsi İrana işləyib - FTB niyə susur?

Bəlli olduğu kimi, ABŞ prezidentinin İran üzrə nümayəndəsi Robert Malli Federal Təhqiqatlar Bürosunun (FTB) təhqiqatı altındadır. Bir neçə gün əvvəl yüksək rütbəli diplomat vəzifəsindən uzaqlaşdırılaraq ödənişsiz məzuniyyətə göndərilib.

Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, ilkin olaraq Robert Malliyə qarşı istintaqı ABŞ Dövlət Departamentinin diplomatik təhlükəsizlik xidməti aparıb. Daha sonra Mallinin işi FTB-nin əks-kəşfiyyat xidmətinə verilib. İstintaq zamanı yüksək rütbəli diplomatın məxfi sənədlərə çıxışı qadağan edilib. Mövcud məlumatlara görə, istintaq gizli sənədlərin İrana ötürülüməsi ilə bağlı ola bilər.

Təhqiqat Mallinin işində cinayət tərkibinin də olduğunu göstərir. ABŞ-ın aparıcı KİV-ləri dəfələrlə sorğu ilə müraciət etsələr də, FTB bu məsələ ilə bağlı şərh verməyib. Malli özü də jurnalistlərin suallarını cavablandırmaqdan imtina edir.

Qeyd edək ki, Robert Malli hələ Prezident Obamanın dövründə İranla danışıqlar üzrə xüsusi nümayəndə olub və "altılıq"la Tehran arasında "nüvə sazişi"nin imzalanmasında mühüm rol oynayıb.

Donald Tramp administrasiyası "nüvə sazişi"ndən çıxdıqdan və prezident seçkilərində qalib gələn Co Bayden İranla dialoqu bərpa etdikdən sonra ABŞ-ın yenidən sazişə qayıtması şərtlərini məhz Robert Malli müzakirə edib. Əksər ekspertlərin fikrincə, Malli İran hökumətinə loyallığı ilə tanınır.

ABŞ-da yaşayan iranlı mühacir-fəal, professor Reza Beruz bildirib ki, o, əvvəllər Robert Mallinin İranla danışıqlara xüsusi elçi təyin edilməsinin Ayətullah rejiminin maraqlarına uyğun olduğunu iddia edib.

"İndi biz həqiqətən nə baş verdiyini və Robert Mallinin fəaliyyətinin İrandakı milli hərəkata nə dərəcədə mənfi təsir göstərdiyini öyrənmək istəyirik", - Rza Beruz bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31