Arıqlama peyvəndləri üzərində intihar düşündürməsi ilə bağlı araşdırma başladıldı- ÖZƏL

Avropa Dərman Agentliyi  bəzi arıqlama peyvəndlərini intihar düşüncələrinə səbəb olmaq şübhəsi ilə yoxlayıb.

İstintaq İslandiya agentliyə üç belə hal barədə məlumat verdikdən sonra başlayıb. Qiymətləndirilən Wegovy, Saxenda və Ozempic də iştahı azaldan dərmanlar kimi çıxış edir.

Bu dərmanları yoxlayan zaman Avropa Dərman Agentliyinin müvafiq bölməsi də oxşar dərmanların müayinə olunub-olunmamasını müzakirə edəcək. Agentlik ilk növbədə tərkibində emagglutide və liraglutide olan müalicələri nəzərdən keçirəcək. BBC-yə danışan EMA rəsmisi bildirib ki, İslandiya rəsmiləri hadisə ilə bağlı məlumat verdikdən sonra xəbərdarlıq proseduru aktivləşdirilib.

Xəbərdarlıq proseduru dərmanın yeni və potensial mənfi yan təsiri bildirildikdən sonra əlavə araşdırma üçün işə salınır. Eyni rəsmi bildirir ki, İslandiya hallarında Saxenda və Ozempic istifadə edərək iki halda "intihar düşüncələri"nin olduğu bildirilib.

Qurum rəsmisi bildirib ki, EMA araşdırmanın nəticələri ilə bağlı açıqlama verəcək.

Məşhur adların sosial şəbəkələrdə paylaşdığı paylaşımlar belə dərmanlara böyük tələbat yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31