Putinin xəyanətkar adlandırdığı Priqojinlə gizli görüşü - Təfərrüat

"Vaqner" Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin silahlı üsyandan sonra Kremlə çağırılıb və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə "Liberation" Qərb kəşfiyyatındakı mənbələrə istinadən bildirib.

Fransa nəşrinin məlumatına görə, Priqojin Moskvaya iyulun 1-də gəlib. Onunla görüşlərdə "Vaqner"in komandirləri də iştirak ediblər. Priqojin Putindən başqa Rusiya Qvardiyasının direktoru Viktor Zolotov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə də danışıqlar aparıb. Mənbələr danışıqların təfərrüatlarını açıqlamayıblar.

Priqojinin Sankt-Peterburqda və ya Moskvada olması faktı ötən həftənin sonunda Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən açıqlanıb. Eyni zamanda, Priqojin və Kreml arasında Moskvaya yürüş dayandırdıqdan sonra əldə olunan razılaşmaya əsasən, "Vaqner"in rəhəbri muzdluları ilə birlikdə Belarusda olmalıdır.

Xatırladaq ki, iyunun 24-də televiziya ilə xalqa müraciətində Putin "Vaqner"in rəhbərini xəyanətdə günahlandırdı və onun hərəkətlərini çar rejiminin 1917-ci ildə aldığı "arxadan zərbə" ilə müqayisə etdi.

BakuPost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31