Rusiya qüvvələri bir həftə ərzində Ukraynanın 70-dən çox hücumunu dəf edib - ÖZƏL

"Rusiya əsgərləri son bir həftə ərzində xüsusi hərbi əməliyyatın keçirildiyi Luqansk bölgəsində Ukrayna silahlı qüvvələrinin 70-dən çox hücumunu dəf edib, 2600-dən çox ukraynalı hərbçi və xarici muzdlu məhv edilib".

Olaylar.az xəbər verir ki, bunu Luqansk Xalq Respublikasının (LXR) xalq milisinin istefada olan polkovniki Andrey Maroçko bildirib.

"Son bir həftə ərzində Rusiya Federasiyası Silahlı Qüvvələri Luqansk taktiki bölgəsində düşmənin 72-yə yaxın hücumunu dəf edib. 2600-dən çox ukraynalı yaraqlı və muzdlu məhv edilib" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31