Vilnüs NATO sammiti ərəfəsində "qala"ya ÇEVRİLDİ
8 İyul 2023 23:20 DünyaNATO-nun 16 müttəfiqi iyulun 11-12-də keçiriləcək sammitin mühafizəsi üçün ümumilikdə 1000-ə yaxın əsgər göndərib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Almaniya 12 "Patriot" qurğusu yerləşdirib, İspaniya Litvaya NASAMS hava hücumundan müdafiə sistemi, Fransa isə "Sezar" özüyeriyən haubitsaları göndərib.
Digər ölkələr potensial kimyəvi, bioloji, radioloji və nüvə hücumları ilə mübarizə aparmaq üçün addımlar atır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31