"Ukrayna ilə münasibətlərimizi gücləndirərək əlaqələrimizi korlamaq istəyənlərə fürsət vermədik"

Türkiyə Moskva ilə münasibətləri korlamaq istəyənlərə imkan vermədi.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bayburtda çıxış edərkən deyib.

O bildirib ki, Ankara ilk gündən balanslaşdırılmış siyasətə sadiq qalıb:

"Hərbi lobbi" ölkədəki müxalifətdən istifadə edərək, bizi oda atmağa çalışdı. Biz buna imkan vermədik. Ukrayna ilə münasibətlərimizi gücləndirərək, Rusiya ilə əlaqələrimizi korlamaq istəyənlərə fürsət vermədik. Cənab Putinlə sıx dialoqu davam etdiririk".

O əlavə edib ki, avqustda Rusiya lideri Vladimir Putinlə görüşü səbirsizliklə gözləyir:

"Dünən biz Ukrayna Prezidenti Zelenskini qəbul etdik və avqustda, inşallah, cənab Putinlə görüşəcəyik. Biz ölkəmizi il yarımdır davam edən müharibənin mənfi nəticələrindən qorumağa çalışırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31