Kiyev və Ankara Ukraynada PUA istehsalının inkişafına dair memorandum imzalayıblar.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin məlumat verib.
"Mən Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Ukraynada PUA istehsalının inkişafı ilə bağlı memorandum imzaladım", - nazir bildirib.