Ukraynanın əks-hücumu: 1 general, 2 polkovnik, 12 zabit...

İyunun 4-də Ukraynanın əks-hücum əməliyyatı başlayandan bəri Rusiya silahlı qüvvələrinin ən azı bir generalı, iki polkovniki və üç polkovnik-leytenantı, eləcə də daha 12 zabiti həlak olub.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə BBC-nin rus bölməsinin məlumatında bildirilib.

"Rusiya ordusunun yüksək rütbəli zabitləri sonuncu dəfə Ukraynaya işğalın ilk aylarında belə əhəmiyyətli itki veriblər", - nəşr yazıb.

Qeyd olunub ki, Rusiyada ordu ilə "Vaqner" arasında baş verən qarşıdurma zamanı 13 hərbi pilot da ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31