82 yaşında universitet məzunu oldu - FOTO
8 İyul 2023 20:12 DünyaTürkiyənin Kastamonu Universitetinin 82 yaşlı məzunu Hamdi Balkaş səhhətində olan problemə rəğmən məzuniyyət mərasimində iştirak edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, Kastamonu Universitetinin İncəsənət fakültəsini bitirən ən yaşlı məzun bundan əvvəl orta məktəbdə biologiya müəllimi olub. Balkaş bildirib ki, rəssamlıq sənətinə olan böyük marağı onu ikinci ali təhsil almağa sövq edib. O, 2018-ci ildə universitetə daxil olub və imtahanlarda yüksək bal toplayıb.
Səhhətində yaranan ciddi problemlər və üç dəfə cərrahiyyə əməliyyatı keçirməsi ağsaqqal tələbəni təhsildən yayındıra bilməyib və o, buraxılış imtahanında tələbələr arasında üçüncü nəticə göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31