Bu tətbiqə 7 saat ərzində 10 milyon istifadəçi qoşulub
8 İyul 2023 16:55 Dünya"Instagram"ın "Twitter"ə rəqib olmaq üçün başlatdığı yeni sosial şəbəkə "Threads", bir neçə saat ərzində tarixin ən sürətlə böyüyən tətbiqi olub.
Olaylar.az trend-ə istinadən xəbər bildirir ki, "Meta"nın rəhbəri Mark Zukerberq "Threads" hesabında "Threads"in cəmi 7 saat ərzində 10 milyon istifadəçiyə çatdığını açıqlayıb. Bu, "Threads"ı tarixdə ən sürətlə böyüyən istehlakçı proqramı edib.
"Threads"ə böyük axın, tətbiqlərin 10 milyon istifadəçiyə çatması üçün lazım olan vaxtı xatırladıb.
Tətbiqlərin 10 milyon istifadəçiyə çatma vaxtı:
|
Tətbiqlər |
Vaxt |
|
"Threads" |
7 saat |
|
"Google+" |
16 Gün |
|
"Instagram" |
345 Gün |
|
"Youtube" |
657 Gün |
|
"Twitter" |
780 Gün |
|
"Facebook" |
852 Gün |
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31