“Qəfəsdə görüşənədək...”

"Twitter"ın sahibi, milyarder İlon Mask "Meta" korporasiyasının rəhbəri Mark Zukerberqi plagiatda ittiham edərək onu "kərtənkələ" adlandırıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri İ.Mask özünün sosial şəbəkədəki hesabında yazıb.

"Mən bu tətbiqə 44 milyard dollar xərcləmişəm, indi isə bu kərtənkələ onu kopiyalayıb istifadə etmək qərarına gəlib", - deyə Mask paylaşımında yazıb.

"Qəfəsdə görüşənədək", - deyə "Twitter" sahibi əlavə edib.

Qeyd edək ki, Mask bundan əvvəl "Threads" xidmətini işə saldığı üçün Zukerberqi fırıldaqçılıqda ittiham etmişdi. Onun: "Rəqabət yaxşıdır, fırıldaqçılıq yox", - paylaşımı 14 milyondan çox baxış sayı toplayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31