Şoyqu poliqona gəldi, təlimi İZLƏDİ
8 İyul 2023 14:26 DünyaRusiya müdafiə naziri Sergey Şoyqu Cənub Hərbi Dairəsinin poliqonlarında yeni birləşmələrin hərbi qulluqçularının döyüş hazırlığının təşkilini şəxsən yoxlayıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Cənub Hərbi Dairəsinin hərbçiləri poliqonlarda taktiki, tibbi və atəş hazırlığı üzrə praktiki təlimlər keçirir. Hərbçilərin intensiv təlim kursu 38 gün davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31