Liman şəhəri atəşə tutuldu: 6 nəfər öldü

Rusiya ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Şəhər reaktiv yaylım atəş sistemləri ilə vurulub.

Eyni zamanda ətrafdakı ev və mağazalara ziyan dəyib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31