İranda etiraz aksiyalarına qatılan iki yeniyetmə ölüm cəzası ilə üzləşib- ÖZƏL
15 Dekabr 2022 16:39 DünyaOlaylar.az xəbər verir ki,İranda iki yeniyetmə hökumət əleyhinə nümayişlərdə iştiraka görə ölüm cəzası ilə üzləşib. Bu barədə "Diken" nəşri məlumat yayıb. Portalın məlumatına görə, 17 yaşlı Soqniya Şərifi noyabrda nənəsinin evində hökumət əleyhinə etiraz aksiyalarında iştirak etdikdən sonra saxlanılıb. O, "Allaha qarşı müharibə aparmaqda" ittiham edilib. Səlahiyyətlilərə görə, qız Molotov kokteyli hazırlayarkən görüntülənib. O, həmçinin qraffiti də çəkirmiş. Şərifi hökm elan olunana qədər bir ay həbsdə olub. Hüquq müdafiəçiləri həbs zamanı onun şiddətli döyüldüyünü bildiriblər.
Həmçinin, ölüm hökmü 15 yaşlı Əmir Hüseyn Rəhimi üçün də keçərli hesab edilib. Yeniyetmə oktyabrın ortalarından həbsdədir. Anasının sözlərinə görə, nümayişi dağıdarkən Rəhimi güllə yarası alıb. Güllələr boyun, mədə və baş nahiyəsinə dəyib. İran hakimiyyəti yeniyetmənin 11500 avro məbləğində girov müqabilində azadlığa buraxılmasını təklif edib, lakin ailənin buna imkanı çatmayıb. Bundan əvvəl İranda etiraz aksiyalarından sonra saxlanılan iki nəfər açıq şəkildə edam edilib.