Yunanıstanda Qərbi Nil virusu səbəbi ilə 11 nəfər ÖLÜB
1 Sentyabr 2022 21:33 DünyaYunanıstanda adətən ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusu səbəbi ilə 11 nəfər ölüb.
Olaylar.az medicina.az-a istinadən bildirir ki, artıq 123 nəfərdə bu virus yoluxması qeydə alınıb.
Xəstələrin 74-ündə mərkəzi sinir sisteminə təsir edən simptomların olduğu, 49-unda isə ya yüngül simptomların olduğu, ya da heç bir əlamətin olmadığı bildirilib.
Yunanıstanda ötən həftə sözügedən virusa 36 yeni yoluxma hadisəsi qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31