"Rusiya siyasəti heç vaxt Avropanı parçalamaq məqsədi daşımayıb"- ZAXAROVA

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova bildirib ki, Rusiya heç vaxt Avropanı "parçalamaq" məqsədi daşımayıb."RİA Novosti"nin verdiyi xəbərə görə,"Biz parçalanmaq niyyətində deyilik. Bu, heç vaxt bizim vəzifəmiz olmayıb. Əgər biz nəyisə hədəfləyiriksə, bu, beynəlxalq münasibətlərə sağlam düşüncəni qaytarmaqdır", - deyə diplomat vurğulayıb. Zaxarova Avropa İttifaqının üzvlərini rəssam Pieter Brueghelin "Kor Adamlar" əsərindəki personajlarla müqayisə edib. "Onlar bütün qrup olaraq uçuruma gedirlər". 

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31