Müxalifət yenidən İrəvanın mərkəzində yürüş keçirir

Ermənistanda "müqavimət" hərəkatının tərəfdarları İrəvanın mərkəzindən yürüşə başlayıblar.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, müxalifətçilər Maştots prospekti boyunca hərəkət edir.

Onlar hökumət binalarına doğru yürüş edib daha sonra Fransa meydanına tərəf qayıtmağı planlaşdırır.

Xatırladaq ki, "müqavimət" hərəkatı bir aydan çoxdur ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31